Deputat:“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”

“Tibbi maska təchizatı ilə bağlı hökumət tərəfindən iş aparılır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, seçicilər tərəfindən apteklərdə maska olmaması ilə bağlı müraciətlər edilir: “Bununla bağlı tədbirlər planı hazırlanıb. Əlaqədar qurumlardan xahiş edirəm ki, apteklərdə tibbi vasitələrin əlçatanlığını təmin etsinlər. Gün ərzində apteklərə 50-100 ədəd maska paylanır. Bu isə əhalinin tələbatını ödəmir”.

Millət vəkili qanuna pandemiya və endemiya anlayışlarının da daxil edilməsini təklif edib:

“Qanun layihəsində epidemiya şəraitində məhdudiyyətlərin deputatlara şamil olunmamasından söhbət gedir. Ancaq koronavirus bu gün pandemiya mərhələsindədir. Epidemiya virusun bir ərazidə, endemiya bir qitədə, pandemiya isə daha geniş ərazilərdə yayılması deməkdir. Bu nəzərə alınmaldır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Dərs vaxtı”:

Sonrakı məqalə

Deputat: