Azərbaycan Respublikasındə koronavirus pandemiyasına görə xüsusi karantin rejiminin tətbiq olunmasına baxmayaraq qonşu dövlətlərdən, o cümlədən İran İslam Respublikasından Azərbaycana daxil olan yük nəqliyyat vasitələrinin polis əməkdaşlarının müşayəti ilə hərəkəti təmin edilməkdədir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tranzit yüklər daşıyan nəqliyyat vasitələri sərhədlərimizi tərk edənə qədər onların təhlükəsizliyi Yol Patrul Ximməti və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən təmin edilir və yalnız müəyyən edilmiş məntəqələrdə sürücülərin avtomobillərdən düşərək istirahət etməsinə və qidalanmasına icazə verilir.
Sürücülərin yol boyu yerli vətəndaşlarla ünsiyyətdə olması və marşrutdan kənar yerlərdə nəqliyyat vasitələrini saxlamasına isə ekstremal vəziyyətlər istisna olmaqla icazə verilmir.