Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır.
Azpost.info bildirir ki, bu barədə DİN mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.
“Polis əməkdaşları barəsində hər hansı məlumatı yayarkən dəqiqləşdirmə aparılmasını tövsiyə edirik”.
Xatırladaq ki, bu barədə məlumat bu gün yayılıb.