DİN yanında İctimai Şura Bəxtiyar Hacıyevlə bağlı bəyanat verdi

Daxili İşlər Nazirliyi yanında İctimai Şura ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı aprelin 21-də baş verən hadisə ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildilir ki, hadisə İctimai Şuranın da diqqət mərkəzindədir:

“Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş vermiş hadisəni pisləyir və hesab edir ki, bu kimi hadisələrin üstünün tezliklə açılması, baş verənlərin presedentə çevrilməməsini təmin etmək vacibdir. Bununla cəmiyyətdə hüquq-mühafizə orqanlarına etimadsızlıq formalaşdırılmasının və hüquqi nihilizm yaratmaq istəyənlərin təxribatçı fəaliyyətlərinin qarşısını almaq mümkündür.

Azərbaycan hüquqi dövlətdir və qanunların aliliyinin qorunması bütün təsisatların borcudur. Hesab edirik nəinki Bəxtiyar Hacıyev, heç bir Azərbaycan vətəndaşı fiziki-mənəvi terrora məruz qala bilməz. Cinayət törədən hər kəs vəzifəsindən, mövqeyindən, ictimai-siyasi baxışından asılı olmayaraq, qanun qarşısında məsuliyyət daşıyır”.

İctimai Şura olaraq paytaxtdakı müasir təhlükəsizlik alətlərindən istifadə edilərək ən qısa zamanda Bəxtiyar Hacıyevlə bağlı hadisənin günahkarlarının müəyyənləşdirilib məsuliyyətə cəlb olunması və ictimaiyyətə geniş məlumat veriləcəyini gözləyir:

“İnanrıırq ki, hadisəni törədənlər kimliyindən asılı olmayaraq, əməllərinə görə qanun qarşısında cavab verəcəklər.

Baş verən hadisədən sonra Bəxtiyar Hacıyevin Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən qəbul edilməsi polis orqanlarının hadisəyə biganə yanaşmayacağı və obyektiv araşdırılacağına ümid yaradır.

DİN yanında İctimai Şura heç bir zaman zorakılıq hadisələrinə biganə qalmayıb və bundan sonra ölkədə insan hüquq və azadlıqlarının qorunması üçün öz səlahiyyətilərinə uyğun fəaliyyət göstərəcəkdir”.

İctimai Şura bildirib ki, bütün zoraklıq hadisələrini pisləyir və mövqeyimizi bir daha bəyan edir:

“Bəxtiyar Hacıyevə qarşı da iddia olunan zorakılıq hadisəsinə hüquqi qiymət verilməsi üçün mümkün imkanlarımızdan istifadə edəcəyik”.

Əvvəlki məqalə

Sürücünü döyüb təhqir edən sürücü barədə DİN-dən AÇIQLAMA

Sonrakı məqalə

Lavrov Ukraynadakı münaqişənin necə bitəcəyindən danışıb