DİN yanında İctimai Şuranın növbəti toplantısı keçirilib

2022-ci il aprelin 12-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib. İclasın gündəliyinə daxil edilmiş məsələlər müzakirə olunub.
Şuranın sədr müavini Xalid Kazımov İctimai Şuranın müraciətlərinə baxılması və müvafiq tədbirlərin görülməsi məsələsini qaldırıb. Qeyd edib ki, İctimai Şuranın müraciətlərinə, xüsusən ictimai rezonans doğuran hadisələrlə bağlı qaldırdığı məsələlərə daha çevik reaksiya verilməsi, təsirli tədbilər görülməsina nail olmaq məqsədilə bu mövzuda Nazirliklə ayrıca müzakirə aparılmalıdır. Şura üzvlərinin təklifləri diqqətə çatdırılmalıdır.
İctimai Şura sədri Əliməmməd Nuriyev müraciətlərə operativ baxılması, əməkdaşlığın genişləndirilməsi ilə Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə təmasları davam etdirdiyini qeyd edib.
Məsələ ilə bağlı M.Əmirhüseynova, R.Zeyni, R.Becanov, M.Əsgərqızı, E.Salmanov, E.Muradlı mövzu ilə bağlı öz fikirlərini səsləndiriblər.
Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın Fəaliyyət Planınında əksini tapan Monitorinq qruplarının tərkibi təsdiqlənib. Qərara alıb ki, qarşıdakı həftə müddətdə İctimai Şuranın tərkibində Polis orqanlarının müvəqqəti saxlama yerlərinin, Yol hərəkətinin təşkili və təhlükəsizliyinin, Şikayətlər və şikayətlərin araşdırılması və İctimai rəyin öyrənilməsi üzrə Monitorinq Qruplarının icasları təşkil edilsin və cavabdeh şəxslər müəyyənləşdirilsin.
Aprel və may ayının ilk həftəsi ərzində məişət zorakılığı hallarına qarşı mübarizənin gücləndirilməsi mövuzunda ictimi dinləmənin keçirilməsi, narkomaniya əleyhinə mübarizə üzrə ixtisaslaşmış QHT-lərlə İctimai Şuranın dəyirmi masasının təşkil edilməsi qərara alınıb.
Şura üzvlərinin daxili işlər naziri, cənab Vilayət Eyvazovla, Daxili İşlər Nazirliyinin müvafiq idarələri ilə görüşlərin keçirilməsi, İctimai Şuranın fəaliyyətinin gücləndirilməsi, Şuranın iclaslarının sosial şəbəkə üzərindən İctimai Şuranın canlı yayımlarının təşkili məsələləri barədə müzakirə aparılıb və müvafiq qərarlar qəbul edilib.
İctimai Şura ictimai fəal Bəxtiyar Hacıyevi müraciəti əsasında onu Şura iclasına dəvət edib. B.Hacıyev üzləşdiyi problemlər barədə İctimai Şura üzvlərinə ətraflı məlumat verib. B.Hacıyev anonim zənglərlə hədələndiyini, şəxsi yazışmalarının ictimailəşdirildiyini, Daxili İşlər Nazirliyinin inzibati binası qarşısında keçirməyə cəhd etdiyi aksiya zamanı avtomobilinə ziyan vuruduğunu, özünə qarşı fiziki zor tətbiq edildiyini, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən telefonla videosunun çəkildiyini, təhqir edildiyini qeyd edib.
B.Hacıyev bütün bu hallarla bağlı etdiyi müraciətlərin araşdırılmadığını bildirib. Dəfələrlə Bakı Şəhər Baş Polis İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsləri ilə görüşdüyünü, amma pozulmuş hüquqlarının bərpası üçün addımlar atılmadığnı deyib. B.Hacıyev pozulmuş hüquqlarının qorunması ilə bağlı İctimai Şuranın imkanlarından istifadə edilməsini xahiş edib. İctimai Şura üzvləri qanunverciliyin verdiyi imkanlar çərçivəsində B.Hacıyevin müraciətlərinin obyektiv araşdırılması üçün səy göstərəcəklərini bildiriblər.
Əvvəlki məqalə

Nərmin Quliyevanın sinif yoldaşları məhkəmədə ifadə verib

Sonrakı məqalə

Rusiyanın raketdaşıyan “Moskva” kreyseri batdı –