“Dinc dövrdə adamların ölməsi düz deyil, bu qəddar dərs sonuncu olsun” –

Nazarbayevin qızı
13 Yanvar 2022 - 10:30

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin qızı Aliyə ölkədə baş vermiş hadisələrlə bağlı mövqeyini açıqlayıb.

Azpost.info bildirir ki, Aliyə Nazarbayeva faciəli hadisələrdə həlak olanların ailələrinə başsağlığı verib: “Ümid edirəm ki, bu qəddar dərs ölkəmizin tarixində sonuncu olacaq”.

Ölkəmizdə baş verən faciəli hadisələri ürəkağırısı ilə yaşayıram. Həlak olmuş adamlarla, qurbanlarla bağlı ağrını ifadə etmək üçün söz tapmaq olmur. Qoy bu qəddar dərs ölkəmizin tarixində hər birimiz üçün sonuncu olsun. İnsanların dinc dövrdə həlak olması düz deyil“-deyə o instaqramda yazıb.

A.Nazarbayeva xalqın dəstəyinə görə minnətdarlıq edib: “Atama verdiyiniz mənəvi dəstəyə görə, minnətdaram. O, bu günlərdə müxtəlif regionların sakinlərindən çoxlu müraciətlər alır”.

A.Nazarbayeva sonda kazax xalqını özünü qorumağı arzu edib. O, statusun altında şərh hissəsini bağlayıb.