Doqquz ayı ərzində 103 min vətəndaş Ermənistanı birdəfəlik tərk edib

2021-ci ilin doqquz ayı ərzində 103 min vətəndaş Ermənistanı tərk edib və bir daha qayıtmayıb. 

Azpost.info bildirir ki, bu barədə “Sputnik Armenia” statistik rəqəmlərə istinadən məlumat verib. Bu rəqəm 2017-ci ilin 9 ayı üçün 75 min, 2018-ci ildə 42 min, 2019-cu ildə isə 36 min olub.

Ermənistanı tərk edən vətəndaşlar yaşamaq üçün Rusiyaya, ABŞ-a və Yunanıstana gedirlər.

Son 44 günlük müharibədən sonra miqrasiya daha da sürətlənib. Məsələn, 2021-ci ilin fevralında Rusiya bir ay müddətinə Ermənistanla hava sərhədini açanda görünəmiş ajioataj yaranıb. 140-180 dollara satılan təyyarə biletlərinin qiyməti 620-830 dollara qalxıb. Hava limanları Rusiyaya köçmək istəyən insanlara aşıb -daşırdı.

Ermənilər miqrasiya səbəbi kimi pis həyat tərzi, sabaha inamsızlıq və 44 günlük mühairbədə məğlubiyyətin gətirdiyi qorxunu göstəriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Britaniyada avtomobil istehsalı rekord səviyyədə azalıb

Sonrakı məqalə

Azərbaycanda hələlik “Omicron” ştammı aşkarlanmayıb –