İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.
Trend-in məlumatına görə, bununla bağlı İranın vitse-prezidenti İshaq Cahangiri göstəriş verib.
Göstərişdə bildirilir ki, dövlət şirkətlərinin vəsaiti hesabına istənilən qeyri-zəruri, əlavə səfər və xərclər qadağan edilir.
Qeyd olunur ki, bu göstəriş xərclərin azaldılmasına nəzarət qanununun tətbiqi və qənaət məqsədilə verilib.
Bildirilir ki, göstərişə əməl etməmək dövlət əmlakını qeyri-qanuni şəkildə mənimsəmək hesab olunur və həmin şəxslər cinayətə cəlb olunacaq.
Qeyd edək ki, İranda ötən il yayda baş verən güclü devalvasiya və daha sonra noyabrda ABŞ-ın bu ölkəyə sanksiyalar tətbiq etməsi nəticəsində ağır iqtisadi durğunluq yaranıb.