“Döyüş sursatı yoxdur, Baxmutu tərk edirik”- PRİQOJİN BƏYANAT VERDİ

“Vaqner” döyüş sursatı çatışmazlığı səbəbindən mayın 10-da Baxmutu tərk edəcək.

Azpost.info xəbər verir ki, bu barədə “Vaqner”in qurucusu Yevgeni Priqojinin bəyanatında bildirilir.

Onun sözlərinə görə, mərmi çatışmazlığı 90 faiz təşkil edir.

“Mən “Vaqner”in bölmələrini Baxmutdan geri çəkirəm. Döyüş sursatı yoxdursa, onlar mənasız ölümə məhkumdurlar”, – Priqojin bildirib.

Bəyanatda həmçinin qeyd olunur ki, “Vaqner”in hücum resursları apreldə başa çatıb. Həm buna, həm də düşmən qüvvələrinin beş dəfə üstün olmasına baxmayaraq, döyüşçülər hücumu davam etdirirlər.

“Vaqner”in itkiləri hər gün artır. Buna baxmayaraq, mayın 10-dək mövqelərdə qalmağa qərar verilib”, – Priqojin deyib.

Azpost.info

Əvvəlki məqalə

Siyəzəndə istirahət mərkəzində yanğın olub

Sonrakı məqalə

Sabah hava necə olacaq?