“Ukraynada döyüşməkdən imtina edən rus əsgərlərinə Avropada sığınacaq verilsin!”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) ölkələrinə müraciətində Aİ Şurasının prezidenti Şarl Mişel deyib.
“Bu, qiymətli ideyadır”,- deyən Mişel Aİ ölkələrini bu barədə düşünməyə çağırıb.
Şura rəhbəri rus hərbçilərə də çağırış edib: “Ukraynalı qardaş və bacılarınızın qətlində iştirak etmək, cinayətkar olmaq istəmirsinizsə, silahlarınızı yerə qoyun, döyüşü dayandırın, döyüş meydanını tərk edin”,
Azpost.info