Moskvaya dron hücumu zamanı paytaxt hava limanlarının səmasını bağlamaq Rusiya aviaşirkətlərinə baha başa gəlib.
Azpost.info xəbər verir ki, şirkətlər belə vaxtlarda böyük pullar itiriblər.
“Aviatim”in baş direktoru Vyaçeslav İlyuşinin hesablamalarına görə, Boeing 737-800 təyyarəsinin bir saatlıq uçuşu orta hesabla 750-800 min rubla (7,6-8,1 min dollar) başa gəlir.
“RunAvia” uçuş təhlükəsizliyi xidmətinin təsisçisi Andrey Patrakov da eyni qiymətləndirmə edib. Eyni zamanda, o bildirib ki, bir təyyarənin orta aylıq uçuş müddəti nə qədər çox olarsa, uçuş saatının qiyməti də bir o qədər aşağı olar.
Paytaxt bölgəsi ilk dəfə 3 may 2023-cü ildə dronların Kremlə uçduğu zaman hücuma məruz qalıb. O vaxtdan bəri 25 hücum qeydə alınıb. Avqust ayından etibarən Federal Hava Nəqliyyatı Agentliyi həftədə bir neçə dəfə səmada pilotsuz təyyarələrin peyda olması səbəbindən Moskva hava limanlarında fəaliyyətin müvəqqəti dayandırılması barədə məlumat yayıb.
Belə ki, məsələn, avqustun 31-də uçuş məhdudiyyətlərinə görə “Domodedovo”, “Vnukovo” və “Jukovski”yə uçan 45 təyyarə alternativ aerodromlara yola düşüb. Təyyarələr Şeremetevo, Sankt-Peterburq, Samara, Kazan, Yaroslavl və Nijni Novqorodda enməli idi. Beləliklə, hər saat uçuş üçün 8 min dollar götürülsə, şirkətlər məcburi uçuşlarda 500 min dollardan çox pul itiriblər.
Azpost.info