“Dronların birbaşa Rusiya ərazisindən buraxılması da mümkündür”- General Qurulev

“Ukrayna dronlarının Rusiyadakı hədəflərə hücumları koordinatları Ukrayna Silahlı Qüvvələrinə ötürən casuslar tərəfindən asanlaşdırılıb”.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Dumasının Müdafiə Komitəsinin üzvü, general-leytenant Andrey Qurulev deyib.

Onun fikrincə, casuslar ölkənin müxtəlif bölgələrində, o cümlədən Moskva və Krımda fəaliyyət göstərir.

“Pilotsuz uçuş aparatlarının bir hissəsinin birbaşa Rusiya ərazisindən buraxılması da mümkündür. Aydındır ki, bütün Moskvanı radioelektron mübarizə vasitələri ilə bağlamaq mümkün deyil, ona görə də təxribatçıları hücuma hazırlıq mərhələsində ciddi şəkildə müəyyən edib sıxışdırmalıyıq”, – Qurulev bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən olunub

Sonrakı məqalə

Hərbi zavodda baş verən partlayışla bağlı cinayət işi açılıb