DSX-nın matrosu intihar edib

Yanvar ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2021-ci ilin oktyabr ayında SHXÇX-nin Binəqədi rayon idarəsindən hərbi xidmətə çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu matros Rzaquliyev Ramil Xəqani oğlu psixoloji vəziyyətində mövcud olan problemlər ilə əlaqədar müayinədən keçmək üçün Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalına gətirilmişdir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  verilən məlumata görə, saat 11:10 radələrində hərbi qulluqçu tibbi müayinələrdən yayınaraq Hərbi Hospitalda inşa edilməkdə olan binanın yuxarı mərtəbəsinə qalxmış və özünü yerə ataraq intihar etmişdir.

Hadisə ilə əlaqədar prokurorluq orqanları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2021-ci ildə paytaxtda qeydə alınan cinayətlərin sayı artıb

Sonrakı məqalə

Putinlə Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasını müzakirə edib