Duma varlılar üçün vergilərin artırılmasını təklif etdi- Müharibəni maliyyələşdirmək üçün

“Ukrayna ilə müharibə üçün əlavə maliyyə Rusiyadakı zəngin vətəndaşlardan və resurs ixracatçılarından gəlməlidir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının Büdcə və vergilər komitəsinin sədr müavini Mixail Şapov bildirib.

“Ordunun və xüsusi əməliyyatın xərclərini maliyyələşdirmək üçün əlavə yük gəlirsə, o zaman bunu zənginlər və resurs ixracatçıları ödəməlidir”, – Şapov deyib.

Onun sözlərinə görə, bütün bunları mövcud vergi sistemi çərçivəsində etmək olar.

Şapov əlavə edib ki, əgər müharibəni davam etdirmək üçün kifayət qədər pul yoxdursa, vergi dəyişikliyinə qədər Milli Sərvət Fondunun vəsaitləri və dövlət kreditləri də istifadə oluna bilər.

Azpost.info

Əvvəlki məqalə

“Formula 1”-də yapon pilotunun təkəri çıxdı

Sonrakı məqalə

ABŞ nümayəndə heyəti Kiyevə gəlib