Dumada ingilis dilinin məktəb proqramından çıxarılması təklif edilib

“Rusiyada ingilis dilini məktəblərdə məcburi fənlər siyahısından çıxarmaq lazımdır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Dumasının “Vahid Rusiya”dan olan deputatı Sultan Həmzəyev bildirib.

“Rusiya təhsil sistemində qərbyönlü vektordan uzaqlaşmalıyıq. İngilis dilini məcburi fənlər siyahısından çıxarmağın vaxtı gəlib. İngilis dili ona görə beynəlxalq ünsiyyət dilinə çevrilib ki, onu bu cür məcburi fənlər siyahısına salıblar. Ruslar övladlarının gözünü Qərbə çevirib, ətrafda Çin, Hindistan, Latın Amerikası, Səudiyyə Ərəbistanı kimi böyük dünya var. ABŞ və ya Böyük Britaniyanın təhsil proqramında məcburi rus dili varmı?”, – deputat deyib.

ABŞ və Qərblə ideoloji qarşıdurmaya baxmayaraq, rusların 60 faizi ingilis dilini özləri üçün ən zəruri xarici dil hesab edir. Bunu “Otkritie” bankının son araşdırması göstərir.

Azpost.info

Əvvəlki məqalə

Rusiyanı tərk edib xaricdən işləyən ruslar üçün gəlir vergisi artırılacaq

Sonrakı məqalə

Avropada hərbi xərclər ilk dəfə “soyuq müharibə” səviyyəsini aşıb