Dünən ölkədə koronavirusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 59 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 792 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 143 nəfər müalicə olunaraq sağalıb, 9 701 nəfər vəfat edib, aktiv xəstə sayı 297 nəfərdir.

Ölkədə son sutka ərzində 5 230, hazırkı dövrədək isə 6 726 560 test aparılıb.

Əvvəlki məqalə

BMT-də sabah Rusiya ilə bağlı səsvermə keçiriləcək

Sonrakı məqalə

“Eldar Mahmudovla bir həyətdə böyümüşəm, həmişə məndən pul alırdı”