Dünya ərzaq bazarını böhran gözləyir –Britaniya kəşfiyyatı

Rusiyanın Ukraynaya qarşı müharibəsi dünya taxıl qiymətinin artmasına təsir göstərəcək və bu, bazarda böhrana səbəb ola bilər.

Azpost.info xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında bildirilib. “Rusiyanın təcavüzü Ukraynanın kənd təsərrüfatı istehsalına xeyli zərbə vurub. İşğaldan sonra əkin sahələrinin azalması səbəbindən bu il taxıl 2021-ci ilə nisbətən təxminən 20 faiz az olacaq”, – hesabatda deyilir.

Sənəd müəllifləri qeyd edir ki, Ukrayna dünyada kənd təsərrüfatı məhsullarının dördüncü ən böyük istehsalçısı və ixracatçısıdır. Ukraynadan taxıl tədarükünün azalması inflyasiya təzyiqi yaradacaq, taxılın dünya qiymətlərini yüksəldəcək. Britaniya kəşfiyyatı ən böyük zərərin az inkişaf etmiş ölkələrə dəyəcəyini vurğulayıb.

Azpost.info

Əvvəlki məqalə

Britaniya Ukrayna mallarına bütün rüsumları ləğv edir

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb