Dünya Bankı Ukraynaya 132 milyon dollar ayırdı

Dünya Bankı kənd təsərrüfatının dəstəklənməsi üçün Ukraynaya 132 milyon dollar kredit ayırıb.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Kredit vəsaitləri kənd təsərrüfatına özəl investisiyaların sürətləndirilməsi proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçündür”, – maliyyə naziri Sergey Marçenko bildirib.

Onun sözlərinə görə, vəsait aqrar sektorda prioritet xərclərin kompensasiyasına kömək edəcək, həmçinin qida sənayesi və ərzaq təhlükəsizliyi sahəsində vəziyyəti yaxşılaşdıracaq.

Mayın 8-də Dünya Bankı Ukraynaya 190 milyon avroya yaxın kredit ayırmışdı. Vəsaitin dövlət qulluqçularının və müəllimlərin maaşlarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulub.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ” və “Qalatasaray” rəhbərliyi arasında görüş keçirilib

Sonrakı məqalə

Azərbaycanda orta aylıq əməkhaqqı 900 manatı keçib