Dünya Bankı və BVF Ukraynaya dəstəyi müzakirə edəcək

Dünya Bankının prezidenti David Malpas və Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərləri Kristalina Georgiyeva aprelin 21-də Ukraynanın baş naziri Denis Şmıqal və maliyyə naziri Sergey Marçenko ilə görüşəcək.

Azpost.info xəbər verir ki, tərəflər Ukraynaya gələcək maliyyə yardımını müzakirə edəcəklər. “Cümə axşamı Ukraynanın baş naziri və maliyyə naziri ilə mühüm görüşümüz olacaq. Ukraynanı dəstəkləyən bəzi ölkələr orada olacaq və ümid edirik ki, onlar da kömək edəcəklər”, – Dünya Bankının prezidenti bildirib.

Toplantıda həmçinin müharibədən sonra Ukraynanın yenidən qurulması mərhələsinin ən səmərəli variantı ətrafında fikir mübadiləsi aparılacaq. BVF rəhbəri xatırladıb ki, bu günlərdə prezident Vladimir Zelenski ilə Ukraynanın yenidən qurulmasını, ölkə iqtisadiyyatının durumunu müzakirə ediblər: “Yaxın bir neçə ay ərzində Ukraynanı dəstəkləmək öhdəliyi var və bunun üçün artıq göstəriləndən daha çox maliyyə yardımı tələb olunacaq. Biz fövqəladə maliyyələşdirmə üçün 1,4 milyard dollar ayırmışıq. Lakin iqtisadiyyatın işləkliyini saxlamaq və inflyasiyanın sürətlə artmasının qarşısını almaq üçün növbəti bir neçə ay ərzində daha çox vəsaitə ehtiyac olacaq”.

Azpost.info

Əvvəlki məqalə

Zəfər Qurultayı aprelin 22-də Şuşada keçiriləcək

Sonrakı məqalə

Məhkəmə Rusiyalı milyarderin yaxtası ilə bağlı qərar verdi