“Dünya daha təhlükəli və qeyri-sabit olacaq, hazır olmalıyıq!”- Britaniyadan həyəcanlı ÇAĞIRIŞ

Britaniyanın müdafiə naziri Ben Uolles onilliyin sonuna qədər qlobal münaqişənin alovlanması ehtimalını bəyan edib.

Azpost.info xəbər verir ki, nazir hökuməti hərbi xərclərin artırılması üçün dəqiq cədvəl hazırlamağa çağırıb.

“Onilliyin sonuna qədər dünya daha təhlükəli və qeyri-sabit bir yerə çevriləcək və müdafiə bizim üçün kritik əhəmiyyətə malik olacaq”, – nazir deyib.

Uolles həmçinin Rusiya ilə daha geniş münaqişə riskinə, gücünü artıran Çinin yaratdığı təhlükəyə və Afrikada təhlükəsizlik vəziyyətinin pisləşməsinə işarə edib.

“Hesab edirəm ki, bütün dünya üzrə bir neçə münaqişə olacaq və hamımız buna hazır olmalıyıq”, – Uolles əlavə edib.

“Financial Times”a görə, Uollesin bu cür bəyanatları Maliyyə Nazirliyinin Krallığın müdafiə büdcəsini artırmaq üçün son tarix təyin etməsi ilə müşayiət olundu.

Azpost.info

Əvvəlki məqalə

“Boşanmaların qarşısını almaq mümkün deyil”-

Sonrakı məqalə

“Çin və Rusiya əməkdaşlığı güclüdür, böyük potensiala malikdir”