“Dünya heç vaxt bu qədər təhlükə ilə üzləşməmişdi” – Tramp

“İndi dünya öz tarixinin ən təhlükəli dövrünü yaşayır”.

Azpost.info xəbər verir ki, bunu Floridada çıxışı zamanı ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. “Hazırda, məncə, ölkəmizin də tarixində ən təhlükəli dövrdür. Daha əvvəl heç vaxt dünyamız bu qədər təhlükə ilə üzləşməmişdi”, – Tramp bildirib. Onun fikrincə, mövcud vəziyyətin günahkarı silah texnologiyalarının inkişafıdır: “ABŞ-da bunlar var, lakin digər ölkələrdə də var”. Eks-prezident bir daha vurğulayıb ki, onun administrasiyası dövründə Ukraynada silahlı münaqişə baş verə bilməzdi: “Artıq dünyada prezident Baydenin administrasiyasına hörmət edilmir”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 11 % artıb

Sonrakı məqalə

Neft qiymətləri ucuzlaşıb