“Dünya iki yerə bölünməməli, danışıqlar üçün imkanlar yaradılmalıdır”- Quterreş

“Dünya iki yerə bölünməməli, beynəlxalq birliyin üzvləri danışıqlar üçün imkanlar yaratmalıdır”.

Azpost.info xəbər verir ki, bu barədə “Kyodo” agentliyinə müsahibəsində BMT Baş katibi Antonio Quterreş bildirib.

“Hesab edirəm ki, dünyanın iki yerə parçalanmasının qarşısını almaq çox vacibdir. Ciddi danışıqlar üçün imkanların yaradılması böyük əhəmiyyət kəsb edir”, – Quterreş deyib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya ilə Ukrayna münaqişəsində birdən-birə sülhə nail olmaq perspektivi görmür.

Quterreş Şimali Koreyanın nüvə proqramını “tamamilə qəbuledilməz” adlandırıb və nüvə silahı olmayan dünya qurmağı mümkün hesab etdiyini deyib.

Azpost.info

Əvvəlki məqalə

Sığorta sahəsində attestasiya keçiriləcək

Sonrakı məqalə

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi keçirilir, səfir səs verib –