Dünya tarixində rekord –Qaçqınların sayı 100 milyona çatdı (BMT)

Dünya tarixində ilk dəfə olaraq qaçqınların sayı 100 milyona çatıb.

Azpost.info xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında deyilir.

Məlumata görə, artımın əsas səbəbi Ukrayna və digər ölkələrdəki hərbi münaqişələrdir. “Yüz milyon, narahatedici bir rəqəmdir. Bu, heç vaxt qeydə alınmamalı olan rekorddur”, – BMT-nin Qaçqınlar üzrə Ali komissarı Filippo Qrandi deyib.

Komissarın sözlərinə görə, bu cür vəziyyət dağıdıcı münaqişələrin həlli, təqiblərin dayandırılması və mülki insanları evlərini tərk etməyə məcbur edən əsas səbəblərin aradan qaldırılması üçün həyəcan siqnalıdır: “Ukraynadakı müharibədən qaçan insanlara beynəlxalq reaksiya müsbət olub. Bizim dünyadakı bütün böhranlar üçün oxşar səfərbərliyə ehtiyacımız var. Bu tendensiyanın qarşısını almaq üçün yeganə cavab sülh və sabitlikdir ki, günahsız insanlar evdəki təhlükə ilə qaçış arasında seçim etmək məcburiyyətində qalmasınlar”.

Azpost.info

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Onların əksəriyyəti reketçiliklə məşğul olmaq istəyir” –