Dünyada koronavirusdan ölənlərin sayı 185 mini keçib

23 Aprel 2020 - 16:43

Dünyada yeni tip koronavirusdan ölənlərin sayı 185 mini keçib.

APA “worldmeters”ə istinadən xəbər verir ki, indiyədək virusdan 185 318 nəfər dünyasını dəyişib.

Dünyada koronavirusa yoluxanların sayı isə 2 milyon 657 mini ötüb. İndiyədək 729 910 nəfər bu infeksiyadan sağalıb.