“İnkişaf etmiş ölkələrin borclarının nəzarətsiz yığılması yeni qlobal böhran risklərini və münaqişə potensialını artırır”.
Azpost.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ŞƏT-in bugünkü onlayn sammitində bildirib.
“Geosiyasi ziddiyyətlər getdikcə kəskinləşir, beynəlxalq təhlükəsizlik sisteminin deqradasiyası davam edir, inkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, sosial təbəqələşmə və dünyada yoxsulluğun artması, vəziyyətin pisləşməsi fonunda yeni qlobal iqtisadi və maliyyə böhranı riskləri artır. Hər biri özünəməxsus şəkildə mürəkkəb və rəngarəng olan bütün bu problemlər münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına səbəb olur. Rusiya bütün bunları öz üzərində hiss edir”, – Putin deyib.
Putin belə bir şəraitdə ŞƏT-in beynəlxalq məsələlərdə getdikcə daha mühüm rol oynadığını, sülhün və sabitliyin qorunmasına, üzv dövlətlərin davamlı iqtisadi artımının təmin edilməsinə real töhfə verdiyini vurğulayıb.
Azpost.info