Dünyanın ən yaşlı qadını hesab edilən yaponiyalı Keyn Tanaka 119 yaşında vəfat edib.
Azpost.info xəbər verir ki, K.Tanaka 2 yanvar 1903-cü ildə anadan olub və bu, çoxsaylı sənədli sübutlarla təsdiqlənir.
Qadın bütün həyatı boyu mağazada satıcı işləyib. 1970-ci illərdə təqaüdə çıxıb və bir neçə dəfə ABŞ-da səfərdə olub. Ömründə bir dəfə – 103 yaşında cərrahi əməliyyat keçirən Keynin başqa ciddi sağlamlıq problemi olmayıb.
2020-ci ilin sentyabrında Keyn Tanaka Yaponiyanın tarixində ən yaşlı sakin kimi tanınıb. Bundan əvvəl Yaponiyanın uzunömürlülük rekordu 2018-ci ilin aprelində 117 yaşında dünyasını dəyişən Nəbi Tacimaya məxsus idi.
Azpost.info