Dünyanın ən yaxşı otel əməkdaşı seçilib

Vyana şəhərinin mərkəzində yerləşən “Zaxer” otelinin 22 yaşlı əməkdaşı Nikola Farkas otelçilik sahəsində böyük nüfuza malik “Dünya üzrə ilin ən yaxşı qəbul əməkdaşı” mükafatını qazanıb.

Azərtac xəbər verir ki, Varşavada keçirilən müsabiqədə Avstriya üçün ilk dəfə belə yüksək mükafatı əldə edən otel əməkdaşı bir il müddətində qəbul işçisi kimi müxtəlif tədbirlərə qatılacaq. Final mərhələsində on dörd rəqibini üstələyən N.Farkas yeddi ekspertdən ibarət jürinin rəğbətini qazana bilib. İkinci yeri Fransa, üçüncü yeri isə Avstraliya təmsilçisi tutub.

“Zaxer” otelinin direktoru Rayner Haylmann bu mükafatı ümumilikdə Avstriya otellərinə verilən yüksək qiymət kimi dəyərləndirib.

Qeyd edək ki, 1995-ci ildən bəri Qrand Otellərin Direktorları və Qəbul üzrə Menecerlərinin Beynəlxalq Birliyi tərəfindən hər il təşkil olunan yarışma yazılı test və rollar üzrə oyundan ibarətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisə yeni sədr seçiləcək

Sonrakı məqalə

“Pensiya sisteminin yeni inkişaf konsepsiyası”ndakı əsas yeniliklər