“Düşməni sevindirməyin, hər şey Rusiyaya qayıdacaq!”- Medvedev Xersondan geri çəkilməni şərh edib

“Rusiya Silahlı Qüvvələrinin Xersondan köçürülməsi fonunda həyəcanlanmaq yolverilməzdir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Teleqram” kanalında yazıb.

“Ərazi suverenliyi anlayışı heç bir yerə yoxa çıxmayıb. Hər şey öz evinə, Rusiyaya qayıdacaq. Uzaq və yaxın düşmənə sevinmək üçün bəhanə verməyin!”, – Medvedev bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya qoşunları Xersonu tərk edib.

Azpost.info

Əvvəlki məqalə

Rəşad Dağlının qətl törətməsinin səbəbi məlum olub –

Sonrakı məqalə

Azərbaycanda biomüxtəliflik hansı səviyyədə qorunur?