Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev seçkilərdə 82,45% səslə qalib gəlib.
Bunu “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun keçirdiyi “exit-poll”un nəticələri sübut edir.
“Qazaxıstan” teleradio korporasiyasının təşkil etdiyi onlayn sorğuya əsasən, Tokayev 82,45% səs toplayır. (APA)
Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev növbədənkənar prezident seçkilərində əhəmiyyətli fərqlə qalib gəldiyi “exit-poll”un nəticələri ilə tanış olub. Bu barədə seçki qərargahının “Telegram” kanalı məlumat yayıb.
“Amanat” partiyasının ictimai siyasət institutunun keçirdiyi “exit-poll” nəticələrinə görə, Tokayev prezident seçkilərində 85,52 faiz səslə qalib gəlib. “Açıq Cəmiyyət” Beynəlxalq Regional Araşdırmalar İnstitutunun nəticələrinə görə, o, 82,45% səslə liderdir.
Bu nəticələrdən sonra ilk olaraq Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev Kasım-Jomart Tokayevi qələbə qazanması münasibətilə təbrik edib.