“Elə etməliyik ki, Belarus tərəfə baxmaqdan qorxsunlar”.
Azpost.info xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
“Müharibə gedir, NATO orada genişlənir və sair. İndi bizim üçün asan deyil. Mən nüvə silahını bura boş yerə gətirmirəm. Ölkənin təhlükəsizliyini elə təmin etməliyik ki, onlar bizim istiqamətimizə baxmaqdan qorxsunlar”, – Lukaşenko bildirib.
Onun sözlərinə görə, əks halda ölkə yenə də kimlərinsə çəkməsinin altında qalacaq: “İstəyirəm ki, ilk növbədə bu mesajı məndən alasınız. Bu, vəziyyəti gərginləşdirmək deyil. Siz nə baş verdiyini məndən yaxşı bilirsiniz”, – Lukaşenko deyib.
Lukaşenko qonşu ölkələri də sərhədləri bağlamaqda ittiham edib: “İndi bu əclaflar sərhədi bağlayıblar. Betonladılar, minaladılar, amma bu, onların problemidir. Daha insanları bura buraxmırlar. Buna səbəb Belarusdan insanların müsbət rəylə qayıtmasıdır. Yəni bu, artıq siyasətə çevrilir”.
Lukaşenko qeyd edib ki, hələ ki heç kim Belarusa hücum etmək fikrində deyil: “Sakit olun, heç kim bizə hücum etməyəcək. O cümlədən ukraynalılar. Amma biz hər şeyə hazır olmalıyıq”.
Azpost.info