“Elçibəyi həbsdən mən xilas etdim, dostları donos yazmışdı” –Heydər Əliyev 27 il əvvəl daha nələri açıqlayıb? /NADİR GÖRÜNTÜLƏR

Azərbaycanın sabiq prezidenti, mərhum Heydər Əliyevin 1997-ci ildə Milli Təhlükəsizlik Nazirliyində keçirdiyi görüşdən maraqlı görüntü paylaşılıb.

Azpost.info bildirir ki, araşdırmaçı jurnalist Füzuli Sabiroğlunun öz arxivindən paylaşdığı videoda Heydər Əliyev sovet vaxtı Dövlət Təhükəsizliliyi Komitəsinin sədri olarkən Azərbaycanda dissident həbslərinə imkan vermədiyini bildirir və bununla bağlı faktları sadalayır.

Prezident bu sırada xalq şairi Bəxtiyar Vahabzadəni, akademik Ziya Bünyadovu, xalq yazıçısı Əkrəm Əylisini, kinorejissor Rüstəm İbrahimbəyovu həbsdən necə xilas etdiyini nəql edir.

H.Əliyev həmçinin 60-70-ci illərdə Azərbaycanda yaranan dissident hərəkatından və DTK-nın onu təqibindən danışır.

Dövlət başçısı bu sırada sabiq prezident Əbülfəz Elçibəylə bağlı xatirəsini qeyd edir. H.Əliyev bildirir ki, o, antisovet çıxışlarına görə, DTK-nın nəzarətində idi və həbsi ilə bağlı qərar verilmişdi.

“Əbülfəz Elçibəyi həbsdən mən azad elədim”-deyə H.Əliyev bildirir.

Azpost.info həmin görüntüləri təqdim edir:

 

Əvvəlki məqalə

Azərbaycanın qadın güləşçisi dünya çempionu oldu

Sonrakı məqalə

Prokuror evi, Dağüstü park, “İsmailiyyə” –