Fevral ayında COVID-19-a yoluxan Böyük Britaniya kraliçası II Elizabet xəstəliyi zamanı özünü “çox yorğun və tükənmiş” hiss etdiyini deyib.
Bu barədə “BBC” telekanalı xəbər verib.
Məlumata əsasən, 95 yaşlı Kraliça xəstəxanaya virtual ziyarətdə iştirak edərək bu zaman atası və qardaşı COVID-19-dan ölən bir koronavirus xəstəsi ilə söhbət zamanı yaşadığı təcrübədən danışdı.
“Bu (COVID-19) həqiqətən insanı çox yorğun və tükənmiş edir, elə deyilmi?” – deyə II Elizabet video danışıq zamanı bildirib.
O, həmçinin koronavirus pandemiyasını “dəhşətli” adlandırıb.