“Erməni xalqının bütün bəlalarında Rusiyanı günahlandırmaq qəbuledilməzdir”- RUSİYA XİN

“Erməni xalqının bütün bəlalarında Moskvanı günahlandırmaqla Rusiya və Ermənistan vətəndaşları arasında düşmənçilik və nifaq salmaq cəhdlərini qəbuledilməz hesab edirik”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyini rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya-Ermənistan münasibətləri ilə bağlı son zamanlar üstünlük təşkil edən, çox vaxt reallıqla uzlaşmayan informasiyalar heç bir tərəfi qane edə bilməz.

XİN rəsmisi birgə işin prioritetinin iki ölkə arasında müttəfiqliyi gücləndirmək olduğunu və Rusiya rəhbərliyinin KTMT üzrə müttəfiqinin taleyinə səmimi diqqət göstərdiyini bildirib: “Bu diqqətin bariz nəticəsi iki ölkə arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etməsidir. Rusiya Ermənistan iqtisadiyyatının əsas xarici sərmayədarıdır: bütün kapital qoyuluşlarının 40 fazi, 2,2 milyard dollardan artıq… Bütün bunları qorumaq üçün Rusiya-Ermənistan münasibətlərinin sağlam informasiya fonunu saxlamaq lazımdır”.

Azpost.info

 

Əvvəlki məqalə

İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilir

Sonrakı məqalə

“Bakı Dəniz Ticarət Limanı”nın informasiya direktoru nazir təyin olundu