Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.
Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatında bildirilib.
“Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər”,- deyə bəyənatda qeyd olunub.