Ermənistan Baş Prokurorluğu Paşinyana qarşı ittiham irəli sürməkdən imtina edib

Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyana qarşı müharibə işi üzrə ittiham irəli sürülməsindən imtina edib.

“Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Baş Prokurorluq 44 günlük müharibədə ölən Ermənistan hərbçilərinin valideynlərinin iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılması ilə bağlı müraciətini qəbul edib, lakin Baş nazir Nikol Paşinyana qarşı ittiham irəli sürülməsi ilə bağlı vəsatətini qəbul etməyib.

“O rədd edilib, çünki sənəddə təqdim edilən faktiki baza yalnız onun müəlliflərinin təhlil və nəticələrinə əsaslanır. Müraciətdə qeyd edilən hallar hələ də yoxlanılmalıdır”, – qurumun açıqlamasında deyilir.

Qeyd edək ki, 44 günlük müharibədə ölən Ermənistan hərbçilərinin valideynləri aprel ayından bəri Baş nazir Nikol Paşinyanın və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə məsuliyyət daşıyan digər şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirlər. Hərbçilərin valideynləri bu gün Nikol Paşinyana qarşı iş üzrə ittiham irəli sürülməsi və dindirilməsi tələbi ilə İstintaq Komitəsinin, Apellyasiya Məhkəməsinin və Baş Prokurorluğun qarşısında aksiya keçiriblər.

Əvvəlki məqalə

Moldova MDB-ni tərk edə bilər

Sonrakı məqalə

Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində səfərdədir