Ermənistan hökuməti Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun ratifikasiyası ilə bağlı qərar layihəsini parlamentə göndərib.
Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetindən bildirilib.
Sənəd parlamentə sentyabrın 1-də göndərilib. Deputatların təklifə nə vaxt baxacağı bəlli deyil.
Ermənistan hakimiyyəti Roma Statutunun ratifikasiyası prosesinə 2022-ci ilin sonunda başlayıb. Mart ayında Roma Statutu Ermənistanın Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib.
Azpost.info