Ermənistan hökuməti Rusiya ilə münasibətləri “vacib” adlandırdı

Ermənistan Baş nazirinin müavini Tiqran Xaçatryan Rusiya ilə münasibətləri “vacib” adlandırıb

Azpost.info xəbər verir ki, o, bu barədə Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşündə bildirib.

Xaçatryan ölkəsinin Rusiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib.

“Baş nazirin müavini Xaçatryan çıxışında Rusiya ilə qurulan sıx əməkdaşlığı yüksək qiymətləndirib və əlaqələrin vacibliyini vurğulayıb”, – Ermənistan Nazirlər Kabinetinin məlumatında deyilir.

Səfir Rusiyanın Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığa hazır olduğunu açıqlayıb. Tərəflər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini də müzakirə ediblər.

Azpost.info

Əvvəlki məqalə

Putin Züqanovla görüşdü

Sonrakı məqalə

Azərbaycanda daha 6 nəfər koronavirusa yoluxub