“Ermənistan KTMT-ni fəaliyyətsiz hesab edərsə, ondan çıxmaq barədə qərar verə bilər”.
Azpost.info xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Baş nazirin sözlərinə görə, bu baş verərsə, ölkənin təhlükəsizlik məsələlərini İrəvan özü həll edəcək.
“Əgər Ermənistan KTMT-dən çıxmaq qərarına gəlsə, demək ki, Ermənistan KTMT-nin “Ermənistandan getdiyi” qənaətinə gəlib. KTMT fəaliyyətsiz bir quruma çevrilərsə, belə bir gündəm mövcuddur. O zaman biz öz təhlükəsizlik məsələlərimizi özümüz həll etməli olacağıq”, – Paşinyan bildirib.
Paşinyan Ermənistanın KTMT ilə münasibətlərində yaşadığı çətinliklərdən bundan əvvəl də danışıb. Onun sözlərinə görə, 2022-ci ildə İrəvanda KTMT sammitinin keçirilməsinə baxmayaraq, tərəflər bir sıra mühüm qərarlar üzrə konsensusa gələ bilməyiblər.
Azpost.info