Ermənistan müdafiə naziri sülhməramlıların yeni komandanı ilə görüşüb

Ermənistan müdafiə naziri Suren Papikyan, Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukov və Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı Kiril Kulakov regiondakı vəziyyəti müzakirə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Ermənistan müdafiə naziri general-mayor Kulakovu yeni vəzifəsinin icrasına başlaması münasibətilə salamlayıb və ona sülhməramlı missiyanın icrası zamanı uğurlar arzulayıb. Görüşdə Ermənistan-Azərbaycan sərhədində və cavabdehlik sahəsində əməliyyat şəraiti müzakirə edilib. Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin vəziyyəti, mövcud problemlər, o cümlədən Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının effektivliyinin artırılmasına yönəlmiş bir sıra məsələlər müzakirə edilib”, – məlumatda bildirilir.

Azpost.info

Əvvəlki məqalə

Birinci siniflərə və məktəbəhazırlıq qruplarına uşaqların qəbulu yekunlaşıb

Sonrakı məqalə

ABŞ Rusiyaya kömək edən 150 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edəcək