Ermənistan Şəhərsalma Komitəsinin sədri həbs olunub

- Rüşvət almaqda təqsirləndirilir
10 Fevral 2020 - 14:41

Ermənistan Şəhərsalma Komitəsinin sədri Vaahn Vermişyan həbs olunub.

APA-nın “Armenpress”ə istinadən verdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti V.Vermişyanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müxtəlif vaxtlarla müxtəlif məbləğlərlə külli miqdarda rüşvət aldığı barədə faktlar açıqlayıb.

O, keçirilən əməliyyat nəticəsində fevralın 5-də saxlanılıb.

Daha sonra məhkəmə V.Vermişyan barəsində həbs qərarı çıxarıb.