Ermənistan çox çətin vəziyyətdədir, bizi qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir. İndi Ermənistan yeni təhlükəsizlik zəmanətləri axtarışındadır.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.
“Bizi Qərbə yönəlməkdə ittiham edirlər, lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik. Biz təhlükəsizlik problemlərimizi həll etmək baxımından müxtəlif sahələrdə əməkdaşlıq edirik”, – Qriqoryan bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir(apa).