Ermənistanda etirazçılar magistral yolları bağlayıblar –FOTO

Baş nazir Nikol Paşinyanın istefasını tələb edən erməni nümayişçilər kütləvi aksiyalar fonunda ölkənin bir neçə əsas magistralını bağlayıblar.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti “Ermənistan” müxalifət blokuna istinadən xəbər verir. Söhbət, İrəvan-Sevan və Alaverdi-Vanadzor avtomobil yollarından gedir.

Ermənistan paytaxtının mərkəzini onun ətrafı ilə birləşdirən nəqliyyat qovşağı da bağlanıb. Hələlik polisin etirazçıları dağıtmaq cəhdləri barədə məlumat verilməyib. İrəvanda və onun ətrafında avtomobillərin hərəkəti çətinləşib.

Azpost.info

Əvvəlki məqalə

“MilliÖn” “PAŞA Holdinq”in tərkibinə keçib –

Sonrakı məqalə

“Qarabağı Azərbaycan tərkibində siz tanımısınız”-