Ermənistanda ordu generalı həbs edildi –Paşinyana qarşı qiyama hazırlıqda ittiham olunur

Ermənistanda ordu generalı, 3-cü ordu korpusunun sabiq komandanı Qriqori Xaçaturov həbs edilib. 

Azpost.info bildirir ki, bu barədə erməni KİV-ləri xəbər yayıb. General Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb və barəsində həbs qərarı verilib.

Xaçaturov erməni hərbi elitası arasında Paşinyanın siyasətindən narazı olan qüvvələrin nümayəndəsi, Ermənistan ordusunun keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturovun oğludur.

KİV-lərin məlumatına görə, Qriqori Xaçaturov Paşinyanı devirmək üçün hərbi qiyam hazırlamaqda ittiham olunur.

 

Əvvəlki məqalə

Hatayda baş verən bu günkü zəlzələdə 8 nəfər yaralanıb

Sonrakı məqalə

Türkiyədə dünən baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213-ü yaralanıb