Ermənistanın Kotayk rayonunun Craber kəndində B55 yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Azpost.info xəbər verir ki, qəza nəticəsində iki nəfər ölüb.
“Dekabrın 1-də saat 14:20-də Böhran Vəziyyətlərinin İdarə Edilməsi üzrə Milli Mərkəzə Kotaykın Craber kəndi yaxınlığında B55 təyyarəsinin qəzaya uğraması və alışması barədə məlumat daxil olub. Qəzanın baş verdiyi ərazidə iki yanmış cəsəd tapılıb”, – məlumatda deyilir.
Hadisə yerinə iki yanğınsöndürmə briqadası və üç xilasetmə qrupunun cəlb olunduğu bildirilir.
Azpost.info