Ermənistan müxalifətinin nümayəndələri paytaxt İrəvanda küçələri bağlayıb.
“TASS” xəbər verir ki, polis artıq onlarla etirazçını saxlayıb.
Hazırda aksiya iştirakçıları İrəvanın bir neçə mərkəzi küçəsini bağlamağa davam edir. Bu səbəbdən paytaxtda tıxaclar yaranıb.
Polis isə, öz növbəsində aksiya iştirakçılarını saxlamağa davam edir.
Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etibarən Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyaları təşkil edilir. Etirazçılar Paşinyanın və cari hökumətin istefasını tələb edirlər.