Ermənistandan İstanbula ilk təyyarə reysinin vaxtı məlum olub

13 Yanvar 2022 - 09:24

Ermənistanın “Flyone Armenia” şirkəti İrəvan-İstanbul-İrəvan reysini həyata keçirmək üçün Türkiyənin dövlət qurumlarından icazə alıb.

Bunu TASS agentliyinə şirkətin Direktorlar şurasının sədri Aram Ananyan bildirib.

Ananyan əlavə edib ki, İrəvandan İstanbula ilk reys fevralın 2-nə planlaşdırılıb.