“Azərbaycan Ermənistanın sülh müqaviləsi ilə bağlı son təkliflərinə hələ ki, reaksiya verməyib”.
Azpost.info xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan Baş nazirinin müavini Mer Qriqoryan məlumat verib.
“Məndə olan məlumata görə, hələ ki, sonuncu təklifə reaksiya yoxdur”, – Qriqoryan bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan daha əvvəl bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı yeni təkliflər paketini Bakıya təhvil verib.
Azpost.info