“Ermənistanın Türkiyə ilə aviaəlaqə yaratmaq barədə istəyinə baxılır” –ÇAVUŞOĞLU

“Türkiyə Böyük Millət Məclisində son çıxışımda da Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunacağını demişdim və bu icra olundu. Ceyhun Bayramovla görüşümüzdə bu istiqamətdə də müzakirə apardıq”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.

M.Çavuçoğlu bir daha vurğulayıb ki, Türkiyə regional məsələlər, xüsusilə Cənubi Qafqaz mövzusunda Azərbaycanla birgə məsləhətləşmələr aparır və birgə qərarlar verir.
Nazir onu da qeyd edib ki, hazırda Ermənistanın hava yolları vasitəsilə Türkiyə ilə əlaqə qurması istiqamətində istəyinə də baxılır.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə dumana düşən avtobus qəzaya uğrayıb –

Sonrakı məqalə

“Ölkədə 400 minə yaxın sənədsiz ev var” –