“Moskva İrəvandan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı izahat tələb edib”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
XİN rəsmisi Rusiyanın İrəvanın rəsmi cavabından asılı olaraq Ermənistanla gələcək münasibətləri nəzərdən keçirəcəyini deyib.
“Biz Ermənistan tərəfindən bu məsələyə aydınlıq gətirməsini xahiş etmişik. İrəvanın cavabının məzmunu əsasında növbəti addımlarımıza qərar verəcəyik”, – Zaxarova qeyd edib.
Azpost.info