“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını sürətləndirmək barədə razılığa gəlinib”

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Azpost.info bildirir ki, bu barədə Kremlin mətbuat xidmətinin Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatında bildirilib.

“Tərəflər 26 noyabr 2021-ci il tarixli mövcud üçtərəfli razılaşmaya uyğun olaraq, Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər”,- deyə bəyənatda qeyd olunub.

Əvvəlki məqalə

Paşinyan Putini Ermənistana səfərə dəvət edib –

Sonrakı məqalə

Qadınların Polis Akademiyasına qəbulu dayandırılıb –